Tramp üçtərəfli görüşə razılıq verib
Əsəd Abbaslı
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə mümkün üçtərəfli görüşə yaşıl işıq yandırıb.
Operativ Media xəbər verir ki, o, bu barədə Ağ Evin cənub çəmənliyində jurnalistlərə açıqlamasında bildirib.
Tramp görüşün keçirilməsi ilə bağlı jurnalistlərin sualını cavablandırarkən belə bir dialoqun baş verməsinin real olduğunu bildirib.
“Bu baş verəcək. Amma bu, üç ay əvvəl baş verməli idi”, - deyə Tramp söyləyib.
Xatırladaq ki, Trampın bu bəyanatı iyulun 23-də İstanbulda keçirilmiş Rusiya-Ukrayna danışıqlarının fonunda səslənib.
Sülh gündəliyi çərçivəsində baş tutan üçüncü raundda Rusiya nümayəndə heyətinə Vladimir Medinski, Ukrayna tərəfinə isə Rustem Umerov rəhbərlik edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net