Menyu

Türkiyədə meşə yanğınları nəzarət altına alınıb

Əsəd Abbaslı
Türkiyədə meşə yanğınları nəzarət altına alınıb

Türkiyənin Antalya, Adana, Denizli, Sakarya, Bilecik və Eskişehir vilayətlərindəki meşə yanğınları nəzarət altına alınıb.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib.

O deyib ki, gün ərzində ümumilikdə 73 yanğınla mübarizə aprılıb ki, onlardan 37-si meşə yanğınıdır.

Nazir yanğınların söndürülməsi istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb.

Teqlər:

"T\u00fcrkiy\u0259d\u0259 me\u015f\u0259 yan\u011f\u0131nlar\u0131 n\u0259zar\u0259t alt\u0131na al\u0131n\u0131b"

Əlaqəli Xəbərlər