Türkiyədə temperatur 50 dərəcəni keçib
Əsəd Abbaslı
İyulun 25-də Türkiyədə yeni temperatur rekordu qeydə alınıb.
Operativ Media xəbər verir ki, ölkənin cənub-şərqindəki Şırnak vilayətinin Silopi rayonunda termometrlər 50 dərəcədən yuxarı temperatur göstərib.
Bu, meteoroloji müşahidələr tarixində qeydə alınmış ən yüksək göstəricidir.
Ölkənin bir çox vilayətinin yerli hakimiyyət orqanları əhalini zərurət olmadıqca çölə çıxmamağa çağırıb.
Ankara da daxil olmaqla, onlarla şəhərdə temperatur 40 dərəcədən yuxarı olub.
Meteoroloqlar bildirirlər ki, ölkə üzrə temperatur mövsümi normanı 7-12 dərəcə üstələyir. Havanın soyuması iyulun 31-dən sonra proqnozlaşdırılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net