Menyu

Antonio Quterreş: Fələstin məsələsi ilə bağlı yüksək səviyyəli konfrans davamlı sülhə doğru mühüm addımdır

Şəfa Hüseynli
Antonio Quterreş: Fələstin məsələsi ilə bağlı yüksək səviyyəli konfrans davamlı sülhə doğru mühüm addımdır
1 dəq oxu

Fələstin məsələsi üzrə gələn həftə keçiriləcək yüksəksəviyyəli konfrans davamlı sülhə doğru mühüm addımdır.

Operativ Media  məlumatına görə, bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş deyib. O, həmsədrlər - Fransa və Səudiyyə Ərəbistanını bu tədbirin keçirilməsində göstərdikləri liderlik və dəstəyə görə alqışladığını bildirib.

Qeyd edək ki, yüksəksəviyyəli konfrans iyulun 28-29-da Nyu-Yorkda BMT-nin mənzil-qərargahında keçiriləcək. Fələstinin Baş naziri Mohammad Mustafa da konfransda iştirak edəcək.

Əlaqəli Xəbərlər