Menyu

Qəzza zolağında aclıqdan ölənlərin sayı 127-yə çatıb

Şəfa Hüseynli
Qəzza zolağında aclıqdan ölənlərin sayı 127-yə çatıb

İsrailin mühasirədə saxlaması səbəbilə Qəzza zolağında son 24 saatda ikisi uşaq olmaqla daha 5 fələstinli acından ölüb.

Operativ Media  xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat verib.

Bildirilib ki, aclıqdan ölənlərin sayı 127-yə çatıb.

Bölgədə aclıqdan ölənlərin 85-inin uşaq olduğu bildirilir.

Məlumatda həmçinin önümüzdəki bir neçə gündə 40 mininin bir yaşından az körpələr, qalanının isə iki yaşa qədər olmaqla 100 mindən çox uşağın kütləvi ölüm riski ilə üzləşdiyi bildirilir.

Bunun səbəbi isə körpə qidası və qida əlavələrinin çatışmazlığıdır.

Teqlər:

"Q\u0259zza zola\u011f\u0131nda acl\u0131qdan \u00f6l\u0259nl\u0259rin say\u0131 127-y\u0259 \u00e7at\u0131b"

Əlaqəli Xəbərlər