Menyu

Suriya parlamentinə seçkilər payızda keçiriləcək

Əziz Əzizli
Suriya parlamentinə seçkilər payızda keçiriləcək

Suriyanın yeni hakimiyyəti dövründə ilk parlament seçkiləri payızda keçirəcək.

Operativ Media-nın SANA agentliyinə istinadən məlumatına görə, bunu Xalq Məclisinə Seçkilər üzrə Ali komissiyanın sədri Məhəmməd Taha əl-Əhməd bildirib.

Onun sözlərinə görə, yeni seçkilər 15-20 sentyabr tarixlərində keçiriləcək.

Əsas dəyişikliklər arasında parlament yerlərinin sayının 150-dən 210-a qədər artırılması və 2011-ci il əhali siyahıya alınması əsasında yenidən bölüşdürülməsi var. Bunlardan 70 üzv birbaşa prezident tərəfindən təyin ediləcək.

Əl-Əhməd vurğulayıb ki, cinayətkar hesab edilən qruplara dəstək verən və ya ölkədə məzhəblər və etnik qruplar arasında nifaq salmağa kömək edən namizədlər seçkilərə buraxılmayacaqlar.

Komissiya həmçinin seçkilərin vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatların müşahidəsi altında keçiriləcəyini və seçici siyahıları və seçki nəticələrinə etiraz edilə biləcəyini təmin edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər