Menyu

Tailand və Kamboca arasında atəşkəs qüvvəyə minib - YENİLƏNİB

Əsəd Abbaslı
Tailand və Kamboca arasında atəşkəs qüvvəyə minib - YENİLƏNİB

Tailand və Kamboca arasındakı sərhəd bölgəsində 5 gün davam edən hərbi toqquşmalardan sonra atəşkəs rejimi qüvvəyə minib.

Operativ Media xəbər verir ki, Asiya ölkələri arasında atəşkəs barədə bundan əvvəl Malayziya hökumətinin başçısı Ənvər İbrahim Tailandın baş naziri vəzifəsini icra edən Phumtham Veçayaçay ilə Kambocanın baş naziri Xun Manet arasında Kuala-Lumpurda keçirilən danışıqların yekunu üzrə elan edib.

Xatırladaq ki, Tailand-Kamboca münaqişəsinin mərkəzində iki ölkənin sərhədində və ona bitişik ərazilərdə yerləşən Preah Vihear məbədinin mülkiyyət məsələsi dayanır.

14:11

Tailand və Kambocanın hakimiyyət orqanları atəşkəs barədə razılığa gəldiyini açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə Malayziyanın baş naziri Ənvər İbrahim məlumat verib.

“Hər iki ölkə dərhal və qeyd-şərtsiz atəşkəs barədə razılığa gəlib”- deyə nazir qeyd edib. 


Şəfa Hüseynli

Teqlər:

"Tailand v\u0259 Kamboca aras\u0131nda at\u0259\u015fk\u0259s q\u00fcvv\u0259y\u0259 minib - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər