Menyu

Almaniyada helikopter qəzaya uğrayıb

Şəfa Hüseynli
Almaniyada helikopter qəzaya uğrayıb

Almaniyanın Saksoniya əyalətində helikopter qəzaya uğrayıb.

Operativ Media  xəbər verir ki, silahlı qüvvələrə (Bundesver) məxsus olduğu bildirilən helikopter Mulde çayına düşüb. Helikopterdə neçə nəfərin olması barədə məlumat verilməyib. Hazırda pilotun və ehtimal edilən digər heyət üzvlərinin axtarışları davam etdirilir. Qəza yerinə xeyli sayda yanğınsöndürən, xilasedici və polis qüvvələri, eləcə də suda axtarış işlərinə dalğıclar cəlb olunub.

İlkin məlumata görə, qayıqçılar helikopterin hissələrini çayda gördükdən sonra dərhal polisə məlumat veriblər. Polis qəza yerini hərbi qadağan zonası elan edib və bütün vətəndaşlara foto və video çəkməyi qəti şəkildə qadağan edib. Bundan əlavə, qəza yerinin üzəri uçuşlara qadağa zonası elan olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər