Tokayev və Ərdoğan arasında rəsmi görüş başlayıb - YENİLƏNİB

Əsəd Abbaslı
Tokayev və Ərdoğan arasında rəsmi görüş başlayıb - YENİLƏNİB

Qazaxıstan və Türkiyə prezidentləri Kasım-Jomart Tokayev və Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Qazaxıstan neftinin ixracının artırılması perspektivlərini müzakirə ediblər.

Operativ Media xəbər verir ki, bu, iki dövlət arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası zamanı müzakirə olunub.

Tərəflər enerji sahəsində əməkdaşlığa toxunublar. Tokayev türk şirkətlərini elektrik enerjisi kəsirinin azaldılmasına yönəlmiş layihələrdə iştirak etməyə dəvət edib.

O, həmçinin “KazMunaiGas” və “Turkiye Petroleum” arasında əməkdaşlığın səmərəli olacağına əminliyini ifadə edib.

Görüş zamanı hər iki tərəf Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı, ticarətin genişləndirilməsi və kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərinə də toxunub.

19:00

Ankarada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında rəsmi görüş başlayıb.

Operativ Media xəbər verir ki, Kasım-Jomart Tokayevi sarayın girişində Rəcəb Tayyib Ərdoğan qarşılayıb. Qazaxıstan liderinin gəlişi şərəfinə fəxri qarovul düzülüb.

İki ölkənin dövlət himnləri səsləndirilib və 21 artilleriya atəşi açılıb.

Fəxri qarovul dəstəsinin önündən keçdikdən sonra iki dövlətin liderləri bir-birinə rəsmi nümayəndə heyətlərinin üzvlərini təqdim ediblər.

Mərasimdən dərhal sonra Kasım-Jomart Tokayev və Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar başlayıb.

Digər xəbərlər