Menyu

Rusiyanın Kiyevə hücumu nəticəsində 8 nəfər ölüb

Şəfa Hüseynli
Rusiyanın Kiyevə hücumu nəticəsində 8 nəfər ölüb
1 dəq oxu

Rusiyanın ötən gecə Kiyevə pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirdiyi hücum nəticəsində 8 nəfər həyatını itirib,  yaralananların sayı isə 135 nəfərə çatıb.

Operativ Media xəbər verir ki, bunu Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko deyib.

O bildirib ki, yaralılar lazımi tibbi yardım alır və xilasetmə işləri davam edir.

Qeyd edək ki, xəsarət alanlar arasında 12 azyaşlı da var.

Əlaqəli Xəbərlər