Menyu

Tramp: Avqustun 8-dək razılıq əldə olunmasa, Rusiyaya sanksiya tətbiq ediləcək

Əziz Əzizli
Tramp: Avqustun 8-dək razılıq əldə olunmasa, Rusiyaya sanksiya tətbiq ediləcək

ABŞ Prezidenti Donald Tramp avqustun 8-dək Ukraynaya qarşı müharibənin dayandırılması ilə bağlı razılığın əldə olunmayacağı təqdirdə Rusiyanı sanksiyalarla hədələyib.

Operativ Media-nın xəbərinə görə, bunu Amerika lideri Ağ Evdə keçirdiyi brifinq zamanı deyib.

İyulun 31-nə keçən gecə Rusiya Federasiyasının Kiyevə keçirdiyi kütləvi zərbənin nəticələrini şərh edən Tramp Kremlin hərəkətlərini kəskin tənqid edib.

“Rusiyanın etdikləri iyrəncdir”, - o deyib.

Tramp həmçinin qeyd edib ki, o, sanksiyaların Rusiya prezidenti Vladimir Putini çəkindirə biləcəyinə hələ əmin deyil, lakin Vaşinqton hər halda onları tətbiq etmək niyyətindədir.

"Biz sanksiyalar tətbiq etməyə hazırlaşırıq - bilmirəm, o (Putin - red.) sanksiyalardan narahatdır, ya yox. Onların sanksiyalardan xəbəri var. Mən sanksiyalar və tariflər haqqında hamıdan çox bilirəm. Bunun effekti olub-olmayacağını bilmirəm, amma biz bunu edəcəyik", - ABŞ prezidenti vurğulayıb.

Teqlər:

"Tramp: Avqustun 8-d\u0259k raz\u0131l\u0131q \u0259ld\u0259 olunmasa Rusiyaya sanksiya t\u0259tbiq edil\u0259c\u0259k"

Əlaqəli Xəbərlər