Menyu

Zelenski: Rusiya ən qəddar hücumlardan birini həyata keçirib

Əsəd Abbaslı
Zelenski: Rusiya ən qəddar hücumlardan birini həyata keçirib

“Rusiya iyulun 31-nə keçən gecə Kiyevə ən qəddar hücumlardan birini həyata keçirib. Raket birbaşa hündürmərtəbəli binaya düşüb”.

Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında məlumat verib.

Ukrayna lideri bildirib: “Rusiyanın hücumu nəticəsində 28 nəfər həlak olub. Onların arasında 2007, 2011, 2014, 2018 və hətta 2022-ci il təvəllüdlü beş uşaq da olub. 159 nəfər yaralanıb. Adi evlər, müəssisələr, hətta Kiyev məscidlərindən biri də hücuma məruz qalıb. Hərbi mənada heç bir şey yoxdur”.

Teqlər:

"Zelenski: Rusiya \u0259n q\u0259ddar h\u00fccumlardan birini h\u0259yata ke\u00e7irib"

Əlaqəli Xəbərlər