Ana səhifə / Dünya / Qəzzada HƏMAS batalyonunun komandir müavini öldürülüb Qəzzada HƏMAS batalyonunun komandir müavini öldürülüb 02.08.2025, 22:45 Əziz Əzizli İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının "Əl-Furqan" batalyonunun komandir müavininin öldürüldüyünü açıqlayıb. Operativ Media xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. “İsrail ordusu HƏMAS terror təşkilatının "Əl-Furqan" batalyonunun komandir müavinini öldürüb”, - deyə məlumatda bildirilir. Qeyd olunub ki, komandir Qəzza zolağında ordu hissələrinə qarşı çoxsaylı hücumların təşkilində iştirak edib. Teqlər: "Q\u0259zzada H\u018fMAS batalyonunun komandir m\u00fcavini \u00f6ld\u00fcr\u00fcl\u00fcb"