Menyu

Zelenski: Rusiya xarici muzdlulardan istifadə edir

Əsəd Abbaslı
Zelenski: Rusiya xarici muzdlulardan istifadə edir

"Rusiya Vovçansk istiqamətində ukraynalı müdafiəçilərə qarşı döyüşlərdə Çin, Pakistan, Özbəkistan, Tacikistan və Afrika ölkələrindən olan muzdlulardan istifadə edir".

Operativ Media xəbər verir ki, bu barədə "Telegram" kanalında Ukrayna Prezidenti Vladimir Zelenski yazıb.

Ukrayna dövlət başçısı bildirib ki, Vovçansk istiqamətində Koşevoy Ataman Kostya Qordienko adına 57-ci briqadanın 17-ci əlahiddə motoatıcı batalyonunun əsgərlərinə baş çəkib.

Prezidentin sözlərinə görə, o, komandirlərlə cəbhə xəttindəki vəziyyəti, Vovçanskın müdafiəsini və döyüşlərin dinamikasını müzakirə edib. Pilotsuz təyyarələrin verilməsi və onların istifadəsi, briqadaların işə cəlb edilməsi və birbaşa maliyyələşdirilməsi məsələsi ayrıca qaldırılıb.

"Bu bölgədəki döyüşçülər Çin, Tacikistan, Özbəkistan, Pakistan və Afrika ölkələrindən olan muzdluların müharibədə iştirakını qeydə alıb. Biz cavab verəcəyik", - Zelenski vurğulayıb.

Dövlət başçısı onu da əlavə edib ki, müdafiəçilərə dövlət mükafatları təqdim edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər