Ana səhifə / Dünya / Fransanın cənubunda meşə yanğını baş verib Fransanın cənubunda meşə yanğını baş verib 05.08.2025, 23:12 Əsəd Abbaslı Günün ikinci yarısında qədim Ribot şəhərinin (Fransanın cənubundakı Od departamenti) yaxınlığında meşə yanğını baş verib. Operativ Media xəbər verir ki, bu barədə regional prefektura “X” sosial şəbəkəsində məlumat yayıb. "Ribot şəhəri ərazisində böyük yanğın baş verib. Onun söndürülməsi üçün əhəmiyyətli qüvvələr səfərbər edilib", - məlumatda deyilir. BFMTV kanalının verdiyi məlumata görə, təbii fəlakət yerinə 430-dan çox yanğınsöndürən gedib. Prefekturadan bildirilib ki, yanğının söndürülməsi ilə əlaqədar ərazidə yollar bağlanıb. Teqlər: "Fransan\u0131n c\u0259nubunda me\u015f\u0259 yan\u011f\u0131n\u0131 ba\u015f verib"