Menyu

ABŞ və Özbəkistan arasında kosmik əməkdaşlığa dair saziş imzalanıb

Operativ Media
ABŞ və Özbəkistan arasında kosmik əməkdaşlığa dair saziş imzalanıb
1 dəq oxu

Özbəkistan və ABŞ Ayın, Marsın, kometlərin və asteroidlərin dinc məqsədlərlə tədqiqi və istifadəsi üzrə beynəlxalq əməkdaşlıq prinsiplərini müəyyən edən "Artemida" sazişləri imzalayıb.

Operativ Media xəbər verir ki, bu barədə Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov sosial şəbəkələrdə bildirib.

Onun sözlərinə görə, sənəd ABŞ-nin dövlət katibi Marko Rubio ilə ikitərəfli danışıqların yekunları üzrə imzalanıb.

"Sənəd Özbəkistan üçün NASA və digər iştirakçı dövlətlərin kosmik agentlikləri ilə əməkdaşlığın genişləndirilməsi, milli kadrların hazırlanması və kosmik texnologiyaların transferi üzrə yeni imkanlar açır", - o yazıb.

Beləliklə, Özbəkistan sazişlərə qoşulan 77-ci dövlət olub.

Əlaqəli Xəbərlər