Menyu

Kəlbəcərdə hərbi yük avtomobili minaya düşüb

Nərmin Qocamanlı
Kəlbəcərdə hərbi yük avtomobili minaya düşüb

Avqustun 5-i saat 19:05 radələrində Kəlbəcər rayonu ərazisində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaya düşüb. 

Müdafiə Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib. Onların həyatları üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Teqlər:

"K\u0259lb\u0259c\u0259rd\u0259 h\u0259rbi y\u00fck avtomobili minaya d\u00fc\u015f\u00fcb"

Əlaqəli Xəbərlər