Qananın müdafiə naziri helikopter qəzasında həlak olub - YENİLƏNİB
Əsəd Abbaslı
Qananın müdafiə naziri Edvard Omane Boama və ətraf mühit, elm və texnologiyalar naziri İbrahim Murtala Mühəmməd helikopter qəzası nəticəsində həyatlarını itiriblər.
Operativ Media xəbər verir ki, bu barədə Pulse Ghana məlumat yayıb.
Məlumata görə, qəzaya uğrayan hərbi helikopterin göyərtəsində nazirlərlə yanaşı dörd sərnişin və iki heyət üzvü də olub.
Təəssüf ki, onların hamısı həlak olub.
Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.
18:50
Qana Respublikasının müdafiə naziri Edvard Omane Boama helikopter qəzasında həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə Qana hökuməti məlumat yayıb.
Hadisənin detalları ilə bağlı hələlik məlumat yoxdur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net