Trampla Zelenski arasında telefon danışığı olub - YENİLƏNİB
Əsəd Abbaslı
Ukrayna prezidenti Volodmir Zelenski ABŞ lideri Donald Trampla telefon danışığında Avropa liderlərinin iştirak etdiyini bildirib.
Operativ Media xəbər verir ki, söhbət zamanı Moskvada ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkoffun Rusiya prezidenti Vladimir Putinlə görüşündə elan edilənləri müzakirə ediblər.
“Bizim tərəfdaşlarımızla ümumi mövqeyimiz tamamilə aydındır: müharibə başa çatmalıdır və bu, vicdanlı son olmalıdır”.
Zelenski vurğulayıb ki, Ukrayna mütləq öz müstəqilliyini qoruyacaq: “Ölkəmiz uzunmüddətli və davamlı sülh istəyir. Rusiya başladığı müharibəyə son qoymalıdır. Ukraynanı dəstəkləyən hər kəsə təşəkkür edirəm”.
21:21
Ukrayna Prezidenti Volodimir Zelenskinin Donald Tramp arasında telefon danışığı baş tutub.
Operativ Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Dövlət başçılarının hansı məsələləri müzakirə etdikləri açıqlanmayıb.
Qeyd edək ki, bu, həftə ərzində ölkə liderlərinin ikinci telefon danışığıdır. Onlar avqustun 5-də də danışıblar.
Teqlər:
"Trampla Zelenski aras\u0131nda telefon dan\u0131\u015f\u0131\u011f\u0131 olub - YEN\u0130L\u018fN\u0130B"