Menyu

Türkiyə aeroportlarından 135 milyona yaxın sərnişin istifadə edib

Əsəd Abbaslı
Türkiyə aeroportlarından 135 milyona yaxın sərnişin istifadə edib

Bu ilin yeddi ayı ərzində Türkiyənin hava limanlarından 134 milyon 949 min 751 sərnişin istifadə edib.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlayıb.

Nazir bildirib ki, bu müddət ərzində ölkənin hava limanlarında eniş-qalxış edən təyyarələrin sayı daxili reyslərdə 552 min 757, xarici səfərlərdə isə 512 min 192 olmaqla, tranzit uçuşlar da daxil, 1 milyon 387 min 280-ə çatıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz çoxdur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər