Britaniya qırıcısı Yaponiyaya təcili eniş edib
Əsəd Abbaslı
Britaniyanın beşinci nəsil "F-35B" döyüş təyyarəsi Yaponiyanın Kyuşu adasındakı Kaqosimadakı mülki hava limanına məcburi eniş edib.
Operativ Media xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Məlumata görə, hava limanında uçuş-enmə zolağı müvəqqəti bağlanıb və bu uçuş cədvəlini pozub.
Qeyd olunur ki, təyyarə, böyük ehtimalla, Britaniyanın “Prince of Wales” aviadaşıyıcısının göyərtə aviasiyasının bir hissəsidir.
Bu daşıyıcı qrup Yaponiya Hərbi Dəniz Qüvvələri ilə təlimlər keçirir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net