Menyu

Türkiyədə güclü zəlzələ olub - YENİLƏNİB 5

Əsəd Abbaslı
Türkiyədə güclü zəlzələ olub - YENİLƏNİB 5

Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda qeydə alınan 6,1 maqnitudalı zəlzələ nəticəsində dağılan binanın qalıqları arasında daha bir nəfər xilas edilib.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”dəki səhifəsində bildirib.

O, vurğulayıb ki, dağıntılar altında qalan daha 1 nəfərin xilas edilməsi tədbirləri davam etdirilir.

Nazir daha əvvəl dağıntılar altından 3 nəfər çıxarıldığılnı, daha 2 nəfərin xilas olunması ilə bağlı əməliyyatın davam etdiyini xəbər verib.

Qeyd edək ki, zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.

Yerli mətbuatın məlumatına görə, Manisa şəhərində də ard-arda iki dəfə zəlzələ olub. Təbiət hadisələri 4.6 və 4.3 maqnitudada qeydə alınıb.

22:22

Türkiyə səhiyyə nazirliyi Kemal Memişoğlu Balıkesirdə baş vermiş zəlzələ ilə bağlı açıqlama verib.

Operativ Media xəbər verir ki, nazir bildirib ki, indiyə qədər 4 nəfər yaralanıb və onların müalicəsi xəstəxanalarda davam edir.

Yaralıların həyati təhlükələrinin olmadığı qeyd olunub.

21:30

Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 4 və 4.1 maqnitudalı daha iki zəlzələ qeyd alınıb.

Operativ Media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

21:19

Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 4,6 maqnitudalı zəlzələ qeydə alınıb.

Operativ Media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Təkanlar 6,78 kilometr dərinlikdə, 39.21667° şimal enliyi və 28.15056° şərq uzunluğunda baş verib.

21:10

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Balıkesir vilayətinin Sındırgı rayonunda baş verən 6,1 maqnitudalı zəlzələ ilə bağlı açıqlama verib.

Operativ Media xəbər verir ki, nazir bildirib ki, hadisə ilə əlaqədar olaraq hazırda hər hansı dağıntı qeydə alınmayıb.

21:04

Türkiyənin İstanbul şəhərində 6,1 maqnitudalıq zəlzələ olub.

Operativ Media xəbər verir ki, bu barədə "A Haber" məlumat yayıb.

Təbii fəlakətin təsirləri barədə hələ ki, məlumat yoxdur.

Teqlər:

"T\u00fcrkiy\u0259d\u0259 g\u00fccl\u00fc z\u0259lz\u0259l\u0259 olub - YEN\u0130L\u018fN\u0130B 5"

Əlaqəli Xəbərlər