Ukrayna ordusu Rusiyanın komanda məntəqəsini vurub
Əsəd Abbaslı
Ukrayna ordusu Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiya Silahlı Qüvvələrinin 85-ci motoatıcı briqadasının komanda məntəqəsinə zərbələr endirib.
Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Teleqram kanalında məlumat yayılıb.
Xəbərdə bildirilir: “Ukrayna ordusu Rusiya silahlı qüvvələrinin komanda məntəqələrini məhv etməkdə davam edir. Növbəti hədəf Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisindəki Rusiya ordusunun 85-ci motoatıcı briqadasının komanda məntəqəsi olub. İlkin məlumatlara görə, yüksək dəqiqlikli silahlarla endirilən zərbələr nəticəsində “Dnepr” çağırış nişanlı briqada komandiri və 5 əməliyyat heyəti məhv edilib”.
Xəbərdə əməliyyatın nəticələri ilə bağlı daha ətraflı məlumat veriləcəyi bildirilir.
Teqlər:
"Ukrayna ordusu Rusiyan\u0131n komanda m\u0259nt\u0259q\u0259sini vurub"