Ana səhifə / Dünya / ABŞ-də iki təyyarə toqquşub ABŞ-də iki təyyarə toqquşub 12.08.2025, 11:17 Şəfa Hüseynli ABŞ-nin Montana ştatında iki təyyarə toqquşduqdan sonra yanıb. Operativ Media xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb. Bildirilib ki, hadisə Kalispel şəhər hava limanının uçuş-enmə zolağında baş verib. Təyyarənin göyərtəsində pilot və 3 sərnişinin olduğu qeyd olunub. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu söndürə biliblər. İlkin araşdırmalara görə, qəza pilotun təyyarəni eniş edərkən idarəetməni itirib və digər dayanan təyyarəyə çırpılıb. İki nəfər yüngül xəsarət alıb. Teqlər: "AB\u015e-d\u0259 iki t\u0259yyar\u0259 toqqu\u015fub"