Menyu

Qəzza üçün 27 dövlət birgə bəyanat yayıb

Əsəd Abbaslı
Qəzza üçün 27 dövlət birgə bəyanat yayıb

Böyük Britaniya, Kanada və Aİ də daxil olmaqla 27 tərəfdaş Qəzzadakı vəziyyətlə bağlı birgə bəyanat yayıb.

Operativ Media xəbər verir ki, bəyanatda xüsusən anklavdakı humanitar böhran ön plana çəkilib.

“Qəzzada humanitar əzab pik həddə çatıb. Qıtlıq gözümüzün önündə baş verir. Aclığı dayandırmaq üçün təcili tədbirlər görülməlidir”, -deyə vurğulanır. 

Bəyanatda o da vurğulanıb ki, humanitar yardımların çatdırılmasına imkan yaradılmalı və yardım heç vaxt siyasiləşdirilməməlidir. 

Qeyd edilib ki, bütün beynəlxalq QHT-lər tərəfindən yardım çatdırılmasına icazə verilməli, bu humanitar tədbirə olan maneələr aradan qaldırılmalıdır. 

Teqlər:

"Q\u0259zza \u00fc\u00e7\u00fcn 27 d\u00f6vl\u0259t birg\u0259 b\u0259yanat yay\u0131b"

Əlaqəli Xəbərlər