Ana səhifə / Slayder / Azərbaycanda yeni regional mədəniyyət idarələri yaradıldı Azərbaycanda yeni regional mədəniyyət idarələri yaradıldı 23.02.2023, 16:04 Nərmin Qocamanlı Azərbaycanda yeni regional mədəniyyət idarələri yaradılıb. "Operativ Media" xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, aşağıdakı regional mədəniyyət idarələri yaradılıb: 1.1. Abşeron–Xızı Regional Mədəniyyət İdarəsi; 1.2. Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi; 1.3. Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsi; 1.4. Qarabağ Regional Mədəniyyət İdarəsi; 1.5. Qazax–Tovuz Regional Mədəniyyət İdarəsi; 1.6. Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsi; 1.7. Lənkəran–Astara Regional Mədəniyyət İdarəsi; 1.8. Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi; 1.9. Mil–Muğan Regional Mədəniyyət İdarəsi; 1.10. Şəki–Zaqatala Regional Mədəniyyət İdarəsi; 1.11. Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi; 1.12. Şirvan–Salyan Regional Mədəniyyət İdarəsi. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Teqlər: "Azərbaycanda yeni regional mədəniyyət idarələri yaradıldı"