Tramp: Onun 57 ədəd güclü nüvə döyüş başlığı var
Operativ Media
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla bu ilin sonuna qədər görüşməyi planlaşdırdığını bildirib.
Operativ Media xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Tramp Kim Çen Inla görüşmək istədiyini və onu yaxşı tanıdığını deyib.
"Bu ilin sonunda Kim Çen Inla görüşməyi planlaşdırıram... Onun 57 ədəd güclü nüvə döyüş başlığı var. Bunun baş verməsinə imkan verilməməli idi, lakin onlar artıq ondadır. Mən Kim Çen Inı çox yaxşı tanıyıram", - o qeyd edib.
Daha əvvəl Tramp köməkçilərinə Kim Çen Inla danışıqların təşkili ilə bağlı tapşırıq verib.
Mümkün görüşün bu ilin payızında, Trampın Asiyaya səfəri çərçivəsində keçirilməsi nəzərdən keçirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net