Menyu

"Qarabağ" - "Tvente" matçının biletləri satışa çıxarılıb

Operativ Media
"Qarabağ" - "Tvente" matçının biletləri satışa çıxarılıb

UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Twente" qarşılaşmasının biletləri satışa çıxarılıb.

​Operativ Media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşün standart biletləri 5, 10, 15 və 20 manat məbləğində qiymətləndirilib.

​VIP sektorlar üçün bilet qiymətləri 50, 75 və 100 manat təşkil etdiyi halda, VVIP zonaya giriş biletinin dəyəri 150 manat müəyyənləşdirilib ki, bu kateqoriyanı seçən şəxslərə həmin sektorda çay süfrəsi təqdim olunacaq.

​Təhlükəsizlik və rahatlıq məqsədilə biletlərin yalnız iTicket.az-ın rəsmi internet səhifəsi və mobil tətbiqi vasitəsilə onlayn qaydada əldə edilməsi tövsiyə olunur.

​Satış zamanı hər hansı texniki çətinliklə üzləşən tamaşaçılar iTicket.az-ın satış məntəqələrinə, Park Bulvar ticarət mərkəzində yerləşən "Qarabağ" FK Fan Şopuna, həmçinin Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.

​Klub saxta bilet riskinə qarşı xəbərdarlıq edərək bildirir ki, idman arenasınadək giriş yalnız etibarlı QR kodlu biletlər əsasında həyata keçiriləcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər