Menyu

Qurban Qurbanov: İkinci oyunda daha diqqətli çıxış etməliyik

Operativ Media
Qurban Qurbanov: İkinci oyunda daha diqqətli çıxış etməliyik

"Qarabağ"ın futbolçuları "Tvente" ilə matçda çox güc sərf ediblər.

Operativ Media xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Niderlandda "Tvente"yə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:

"Futbolçuları təbrik edirəm. Yaxşı mübarizə apardılar, çox güc sərf etdilər. Komanda olaraq üçüncü dəfədir ki, bu meydanda oynayırıq. Bu stadiondan, azarkeşlərdən və oyundan hər dəfə daha çox zövq aldıq. Bizim fanatlarımız da tribunadan dəstək olurdular. Onlara da təşəkkür edirəm".

Q.Qurbanov çox vacib qalibiyyət əldə etdiklərini vurğulayıb:

"Bakıda cavab qarşılaşması olacaq. İkinci oyunda daha diqqətli və intizamlı çıxış etməliyik. İnanıram ki, həmin matç da maraqlı keçəcək və azarkeşlərimizi sevindirə biləcəyik".

Xatırladaq ki, komandalar arasında cavab görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər