Menyu

28 May küçəsindəki tarixi abidənin icazəsiz konstruksiyaları sökülür

Şəfa Hüseynli
28 May küçəsindəki tarixi abidənin icazəsiz konstruksiyaları sökülür

Bakının 28 May küçəsində yerləşən memarlıq abidəsinin fasadında icazəsiz quraşdırılmış metal konstruksiyalar Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən sökülür.

Operativ Media-ya  bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

Məlumata görə, bu bina Nazirlər Kabinetinin qərarına əsasən dövlət tərəfindən mühafizə olunan memarlıq abidələri siyahısına daxildir: "Bununla yanaşı, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mütəxəssisləri ilə birlikdə abidənin tarixi görkəminin bərpası istiqamətində zəruri tədbirlər görülür".

"Gələcəkdə də memarlıq abidələrinin tarixi simasının qorunması üçün istənilən razılaşdırılmamış müdaxilələrin qətiyyətlə qarşısı alınacaq",-deyə məlumatda vurğulanır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər