Menyu

MN: Hərbi hissələrdə görüşlər müvəqqəti məhdudlaşdırılıb

Nərmin Qocamanlı
MN: Hərbi hissələrdə görüşlər müvəqqəti məhdudlaşdırılıb

Azərbaycan Ordusunda yeni xidmətə başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, hərbi mühitə adaptasiya dövründə gənc əsgərlərin respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxma hallarının qarşısını almaq üçün keçirilən tədbirlərlə əlaqədar hərbi hissələrdə görüş müvəqqəti məhdudlaşdırılıb.

Vətəndaşlardan, xüsusilə gənc əsgərlərin valideynlərindən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi bir daha xahiş edirik.

Məhdudiyyət götürüldükdən sonra ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər