Menyu

Sabah Şuşada “KOB FEST” sərgi-satış yarmarkası başlayır

Şəfa Hüseynli
Sabah Şuşada “KOB FEST” sərgi-satış yarmarkası başlayır

Sabah Şuşada “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək. Saat 10:00-dan etibarən "Güllü bağ" ərazisində təşkil olunacaq yarmarkada Şuşa və ətraf rayonlardan olan sahibkarların məhsulları, sənətkarların əl işləri nümayiş olunacaq və satılacaq.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Operativ Media- ya verilən məlumata görə, yarmarka çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunacaq.

"KOB FEST" sərgi-satış yarmarkası sentyabrın 21-dək davam edəcək. Yarmarkada Şuşa şəhərində və ətraf bölgələrin sakinləri və şəhərin qonaqları iştirak edə bilərlər.

Teqlər:

"Sabah \u015eu\u015fada \u201cKOB FEST\u201d s\u0259rgi-sat\u0131\u015f yarmarkas\u0131 ba\u015flay\u0131r"

Əlaqəli Xəbərlər