Menyu

Azərbaycan ilə Bosniya və Herseqovina Müdafiə nazirlikləri arasında "1-ci Qərargah danışıqları” keçirilib

Şəfa Hüseynli
Azərbaycan ilə Bosniya və Herseqovina Müdafiə nazirlikləri arasında "1-ci Qərargah danışıqları” keçirilib

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina Müdafiə nazirlikləri arasında "1-ci Qərargah danışıqları" keçirilib. 

Operativ Media xəbər verir ki, bu barədə MN məlumat yayıb.

Müxtəlif idarələrin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə ikitərəfli əməkdaşlığın istiqamətləri müəyyən olunub. Tərəflər arasında 2026-cı il üçün ikitərəfli əməkdaşlıq planının layihəsi hazırlanıb. 

Eyni zamanda, hər iki tərəfin təqdimatları əsasında ölkələrin Müdafiə nazirliklərinin strukturu və həyata keçirilən islahatlar haqqında ətraflı məlumatlar verilib.
Görüşdə birgə hərbi əməkdaşlığın bundan sonra da hər iki tərəf üçün faydalı olacağına əminlik ifadə edilib.

Teqlər:

"Az\u0259rbaycan il\u0259 Bosniya v\u0259 Herseqovina M\u00fcdafi\u0259 nazirlikl\u0259ri aras\u0131nda \"1-ci Q\u0259rargah dan\u0131\u015f\u0131qlar\u0131\u201d ke\u00e7irilib"

Fotogalereya

Əlaqəli Xəbərlər