Ötən həftə azad edilmiş ərazilərdə daha 144 mina aşkarlanıb

Nərmin Qocamanlı
Ötən həftə azad edilmiş ərazilərdə daha 144 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 144 mina aşkarlayıb.

ANAMA-dan "Operativ Media"ya verilən məlumata görə, oktyabrın 10-dan 15-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 33, tank əleyhinə 111 mina və 271 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 435 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Digər xəbərlər