Menyu

Deputat: "Bu gün Azərbaycanda mədəniyyət və incəsənətə böyük diqqət yetirilir"

Operativ Media
Deputat: "Bu gün Azərbaycanda mədəniyyət və incəsənətə böyük diqqət yetirilir"

Azərbaycan xalqı qədim mədəniyyətə və incəsənətə malikdir və bu gün dünya Azərbaycan mədəniyyət nümunələri ilə tək Azərbaycanda deyil, dünyanın müxtəlif məşhur muzey və sərgilərində bir daha tanış ola bilir. 

Bu sözləri Operativ Media-ya Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. 

O qeyd edib ki, mədəniyyətimizin inkişafı dövlət müstəqilliyimiz bərpa edildikdən sonra daha geniş vüsət almağa başladı: 

“Mədəniyyət sahəsinə dövlət büdcəsinin ayrılmaları ildən-ilə artır və bunun nəticəsində mədəniyyət və incəsənət xadimlərinə fəxri adların verilməsi, onların əməkhaqqının yüksəldilməsi bu sahəyə olan diqqətin göstəricisidir. Ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, hörmətli Mehriban xanım Əliyevanın birbaşa dəstəyi ilə Azərbaycanın qədim mədəniyyət nümunəsi olan muğam festivallarının keçirilməsi, muğam sənətinin daha da dirçəldilməsinə, onun həm ölkədə, həm xaricdə daha da tanınmasına və yaşamasına imkan verdi. 

Bu gün tək Bakıda deyil, regionlarda da mədəniyyət ocaqları təmir edilir, yeniləri tikilir və görünən ondan ibarətdir ki, Azərbaycan gəncləri bu gün mədəniyyət və incəsənətə böyük diqqət yetirirlər və bundan sonra da Azərbaycan dövləti bu sahəni diqqətdə saxlayacaq. Bundan sonra da dünya Azərbaycan mədəniyyətinin zənginliyi ilə daha da heyran olacaqdır”.

Əlaqəli Xəbərlər