Menyu

Hövsan və Biləcəri qəsəbələrində oğurluqlar edən şəxslər saxlanılıb

Operativ Media
Hövsan və Biləcəri qəsəbələrində oğurluqlar edən şəxslər saxlanılıb

Paytaxtın Suraxanı və Binəqədi rayonlarında talama cinayətləri qeydə alınıb. Axşam saatlarında Hövsan qəsəbə sakininin evinin qarşısından ona məxsus yük qaldırıcı qurğunun hissələri oğurlanıb.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Polis əməkdaşları əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini Ə.Quliyevi müəyyən edərək saxlayıblar.

Biləcəri qəsəbəsində keçirilən tədbir zamanı isə zərərçəkənin mənzilindən moped oğurlamaqda şübhəli bilinən S.Hüseynov da saxlanılıb.


Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər