Menyu

ABŞ rəsmisi Bakıda WTDC-25-in yüksək səviyyəli sessiyasına qatılıb

Operativ Media
ABŞ rəsmisi Bakıda WTDC-25-in yüksək səviyyəli sessiyasına qatılıb

ABŞ Dövlət Departamentinin siyasi məsələlər üzrə müşaviri Allison Huker Bakıda keçirilən WTDC-25-in Yüksək Səviyyəli Segmentində iştirak edib.


Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.


"O, tədbir çərçivəsində qlobal telekommunikasiya sahəsində formalaşan yeni tendensiyaları müzakirə etmək, ABŞ Prezidenti Donald Trampın rəqəmsal gələcəyə dair vizyonunu bölüşmək və BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Baş katibi Doreen Bogdan-Martinin nümayiş etdirdiyi rəhbərliyi dəstəkləmək məqsədilə müxtəlif ölkələrin nazirləri və yüksək vəzifəli rəsmilərlə görüşlər keçirib", - məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər