"Eurovision"un qalibi Eldar Qasımov yeni albomunu təqdim edib
Operativ Media

"Eurovision" 2011-in qalibi Eldar Qasımov yeni “Maskasız” adlı albomunu təqdim edib.
Operativ Media xəbər verir ki, albomda 2024-cü ildə İctimai Televiziyada yayımlanan “Maska” layihəsində onun "Cırtdan" obrazında ifa etdiyi və tamaşaçılar tərəfindən sevilən üç mahnı yer alıb.
Albomda həmçinin məşhur Azərbaycan ifaçılarının tanınmış əsərlərinin cover versiyaları da təqdim olunub: “Gələcəyəm, gəl desən” (Xumar Qədimova), “Axtarma məni” (Mətanət İsgəndərli) və “Unuda bilməzsən” (İlhama Quliyeva) və s.
Məlumata görə, albomun hazırlanmasında aranjimançı Anar Keytarman, miks və masterinq Oleq Naumov, səs yazısı Fərhad Musayev, vokal üzrə kuratorlar Rimma Şapovalova və Humay Aslanova, rejissor isə Zaur Nəcəfbəyov iştirak edib.