Menyu

“Banu” filmi Misirdə keçirilən 7-ci Asuan Beynəlxalq Qadın Film Festivalında təqdim olunub

Redaksiya
“Banu” filmi Misirdə keçirilən 7-ci Asuan Beynəlxalq Qadın Film Festivalında təqdim olunub

Azərbaycanlı rejissor Təhminə Rafaellanın “Banu” filmi Misirdə keçirilən 7-ci Asuan Beynəlxalq Qadın Film Festivalında təqdim olunub. Azərbaycan, İtaliya, Fransa və İranın birgə istehsalı olan “Banu” filmində Əməkdar artist Mələk Abbaszadə, Zaur Şəfiyev, Kəbirə Həşimli, Cəfər Həsən rol alıblar. Bu ekran əsərində hadisələr 44 günlük Vətən müharibəsi fonunda baş verir.

 "Operativ Media" "Azərtac"a açılış mərasimində Misirin mədəniyyət naziri Nevin Əl-Kilaninin iştirak etdiyi festivalda Avropa, Asiya, Amerika, Afrika və Yaxın Şərq ölkələrindən olan qadın kinorejissorların lentə aldıqları 61 film iştirak edir.

Martın 10-dək davam edəcək kinofestival çərçivəsində seminarlar, sərgilər və filmlərin yaradıcı heyətləri ilə görüşlər də təşkil olunacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər