18 Oktyabr 2022, 12:10
Qusarda polis əməkdaşları şagirdlərlə görüş keçirib
Qusarda polis əməkdaşları şagirdlərlə görüş keçirib şəkil
Qusarda polis əməkdaşları şagirdlərlə görüş keçirib

Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 1 nömrəli tam orta məktəbində «Narkomaniyaya yox deyək!» və "Erkən nikahın fəsadları" mövzularında maarifləndirici tədbir keçirilib.

"Operativ Media" xəbər verir ki, tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Eldar İlyasov dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən danışıb. Bu bəlaya düçar olmuş şəxslərin sağlam həyata qayıtmasının çox çətin olduğunu qeyd edən E.İlyasov şagirdlərə diqqətli olmağı, narkotik aludəçisinə çevrilmiş şəxslərdən uzaq durmağı tövsiyə edib. Çıxışının sonunda narkomaniyanın tək ölkəmiz üçün deyil, bütün dünya üçün təhlükə mənbəyi olduğunu xatırladan və narkomaniyaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışan rayon rəisi son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib.

Daha sonra RPŞ-nin azyaşlılar üzrə baş inspektoru Səlahəddin Əmrullayev çıxış edərək erkən nikahın fəsadlarından bəhs edib. 

Həmçinin, çıxış edən RPŞ-nin digər əməkdaşı, polis mayoru Əmin İsmayılov Daxili İşlər Nazirliyinin Polis Akademiyası barədə şagirdlərə ətraflı məlumat verərək təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışıb. 

Tədbirin sonunda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər
Lavrov: Obamanın Trampın andiçməsindən əvvəl tətbiq etdiyi sanksiyalar qeyri-etik addım idi
İmişlidə xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib
Sabah yağış yağacaq, güclü külək əsəcək
200 min suriyalı qaçqın ölkəsinə qayıdıb
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
19 Yanvar 2025, 11:55
Azərbaycan PL: "Kəpəz" "Turan Tovuz"a, "Neftçi" "Sabah"a qarşı
Medvedyev: Bayden Rusiya ilə müharibəyə səbəb oldu
Tramp Çinə səfər edəcək