Menyu

"Hanuka bayramı Azərbaycanda sülh və tolerantlıq şəraitində qeyd olunur" - İqor Şaulov

Ayşən Sadıxzadə
"Hanuka bayramı Azərbaycanda sülh və tolerantlıq şəraitində qeyd olunur" - İqor Şaulov

Yəhudi icmaları Hanuka bayramını qeyd edirlər. Səkkiz gün davam edən bayram dini azadlığın, ümidin və möcüzəyə inamın rəmzi hesab olunur.

Hanuka bayramı eramızdan əvvəl II əsrdə baş vermiş tarixi hadisələrlə bağlıdır. Makkabilərin Qüdsdəki İkinci Məbədi geri almasının ardından baş verdiyinə inanılan möcüzəyə görə, məbəddə cəmi bir günlük yağ olmasına baxmayaraq, çıraq səkkiz gün yanıb. Bu hadisə Hanuka bayramının əsas məğzini təşkil edir.

Bayram günlərində ailələr evlərində hanukiya adlı doqquz şamlı şamdanı yandırır, hər axşam bir şam əlavə olunur. Dini dualar oxunur, ailə üzvləri bir araya gəlir və ənənəvi yeməklər hazırlanır. Yağda qızardılan latkessufganiyot bayram süfrələrinin əsas təamları sayılır.

Latkes, Menorahs, dreidels fill 8 ways to celebrate Hanukkah in Tampa Bay |  wtsp.comHanuka xüsusilə uşaqlar üçün sevincli bayramlardan biridir. Onlar dreydel adlı oyun oynayır, hədiyyələr və ya “Hanuka pulu” alırlar.

Bu il Hanuka bayramı 14-22 dekabr tarixlərinə təsadüf edir.

Hanuka bayramı yəhudi icmaları üçün işığın qaranlıq üzərində qələbəsini, inancın və milli kimliyin qorunmasını simvolizə edir.

Operativ Media xəbər verir ki, dağ yəhudilərinin Tarix Muzeyinin direktoru İqor Şaulovun sözlərinə görə, Hanuka bayramı işıq, sevinc və xeyirxahlıq bayramıdır:

"Digər bütün yəhudi bayramları kimi, Hanuka da bir möcüzə ilə bağlıdır.
Romalılar Məbədi murdarlayıb dağıtdıqdan, Makkabilər isə onu azad etdikdən sonra ibadət üçün təmiz yağa ehtiyac yarandı. Lakin bütün yağ murdarlanmışdı. Yalnız bir günlük kifayət edəcək kiçik bir yağ qabı tapıldı. Və möcüzə baş verdi — bu yağ səkkiz gün ərzində yandı. Məhz bu möcüzəyə görə biz Hanukanı işıq, sevinc, xeyir və iman bayramı kimi qeyd edirik:

Yəhudi xalqının bütün tarixi möcüzələr üzərində qurulub: xilasımız möcüzədir, sağ qalmağımız möcüzədir, taleyimizin bu cür formalaşması möcüzədir. Hanuka bizə xatırladır ki, işıq həmişə qaranlığa qalib gəlir".

Bəs Azərbaycanda yaşayan yəhudilər bu bayramı necə qeyd edirlər?

Hanukkah - Important Ecommerce Dates - Sufioİqor Şaulov bildirib ki, bayram Azərbaycanda sülh və tolerantlıq şəraitində qeyd olunur:

"Biz Hanuka şamlarını yandırırıq, bir araya gəlirik, sevinirik, baş vermiş möcüzəni xatırlayırıq və ənənəvi olaraq bayram şirniyyatlarından dadırıq.

Lakin əsas fərq ondadır ki, biz Azərbaycanda bu bayramı hüzur içində və tam təhlükəsiz şəkildə qeyd edə bilirik. Bu isə bu gün dünyanın bir çox ölkəsində təəssüf ki, mümkün deyil.

Ən vacib olan odur ki, gənc nəsil möcüzəni xatırlasın və möcüzələrə inansın. Bu möcüzələr hər zaman xalqımızla birlikdə olub.

Hanuka öyrədir ki, xeyir və işıq həmişə qalib gəlir, hətta qaranlıq daha güclü göründüyü anlarda belə. Bu bayram gənclərdə iman, daxili güc, öz xalqının tarixinə hörmət və gələcəyə inam formalaşdırır.

Bu gün Azərbaycan dövlətin, hökumətin və xalqın tolerantlığı sayəsində yəhudilərin və yəhudi icmasının bütün dini bayramlarını sərbəst və təhlükəsiz şəkildə qeyd edə bildiyi nadir ölkələrdən biridir.

Biz bir araya gələ, açıq şəkildə bayram edə və özümüzü tam təhlükəsizlikdə hiss edə bilirik. Buna görə də Azərbaycanda mövcud olan multikulturalizm və qarşılıqlı hörmət bütün dünya üçün böyük bir nümunədir.

Bu gün Azərbaycan bütün dünyaya göstərir ki, insanlar birlikdə necə yaşamalıdır — sülh, hörmət və tolerantlıq şəraitində.

Hanukkah: Meaning and Celebration | HolidayKeepers

Dünyada baş verən hadisələr, artan antisemitizm, yəhudi icmalarına qarşı hücumlar, eləcə də işıq və xeyir bayramında Sidneydə baş vermiş son terror aktı fonunda Azərbaycanın nümunəsi xüsusilə dəyərlidir.

Azərbaycan sübut edir ki, müxtəlif dinlərin, mədəniyyətlərin və ənənələrin nümayəndələrinin bir-birinə hörmət etdiyi, bir-birini bayramlar münasibətilə təbrik etdiyi və vahid cəmiyyət kimi yaşadığı bir mühit yaratmaq mümkündür.

Bu, dövrümüzün əsl möcüzəsidir. Və bu mənada Azərbaycan bütün dünya üçün bir nümunə və güclü mesajdır: işıq, xeyir və qarşılıqlı hörmət həmişə qalib gələ bilər”.

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə​​​​​​ dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqaməti üzrə hazırlanıb.

Əlaqəli Xəbərlər