Menyu

Akademik Milli Dram Teatrı Çin teatrları ilə əməkdaşlığa başlayır

Operativ Media
Akademik Milli Dram Teatrı Çin teatrları ilə əməkdaşlığa başlayır

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yol xəritəsinə uyğun olaraq beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir.

Operativ Media-ya bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bu məqsədlə teatrın direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov Çin Xalq Respublikasında səfərdə olub. Səfər çərçivəsində Qansu və Şandun vilayətlərinin Milli Dram Teatrları, eləcə də Çin Milli Dram Teatrı ilə görüşlər keçirilib, əməkdaşlıq perspektivləri müzakirə olunub. Qansu Milli Dram Teatrı ilə əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Görüşlərdə qarşılıqlı qastrol səfərləri, rejissor və aktyor mübadiləsi, səhnə texniki əməkdaşlığı məsələləri diqqət mərkəzində olub. Eyni zamanda Çin dramaturqlarının əsərlərinin Akademik Milli Dram Teatrının səhnəsində təqdim edilməsi barədə razılıq əldə olunub. Çin dramaturqu Lyu Şuqanın əsəri 2026-cı ilin repertuarına daxil edilib.

Razılaşmaya əsasən, Azərbaycan teatrının tamaşalarının Pekin, Şanxay və Çandu şəhərlərində nümayişi, həmçinin 2026-cı ilin iyun ayında Bakıda yeni Memorandumun imzalanması planlaşdırılır.

Fotogalereya

Əlaqəli Xəbərlər