Menyu

Əli Əsədov ilə Küveytin Baş naziri arasında telefon danışığı olub

Operativ Media
Əli Əsədov ilə Küveytin Baş naziri arasında telefon danışığı olub

Azərbaycanın Baş naziri Əli Əsədov ilə Küveytin Baş naziri Əhməd Abdullah əl-Əhməd əl-Sabah arasında dekabrın 30-da telefon danışığı olub, iki ğlkə arasında əməkdaşlıq müzakirə edilib.

Nazirlər Kabinetindən Operativ Media-ya verilən məlumata görə, Küveytin Baş nazirinin təşəbbüsü ilə baş tutmuş telefon danışığı əsnasında Azərbaycan-Küveyt münasibətlərinin dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında bir çox sahələrdə inkişaf etdiyi vurğulanıb.

Hökumət başçıları iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər, qarşılıqlı faydalı əməkdaşlığın gündəliyində duran bir sıra aktual məsələləri nəzərdən keçiriblər.

 

Əlaqəli Xəbərlər