Menyu

Rəsmi Bakı BƏƏ-yə başsağlığı verib

Operativ Media
Rəsmi Bakı BƏƏ-yə başsağlığı verib
1 dəq oxu

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) BƏƏ-nin Füceyrə əmirliyində14 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı bu ölkəyə başsağlığı verib.

Operativ Media xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

"BƏƏ-nin Füceyrə əmirliyində baş vermiş, 14 nəfərin həyatına son qoyan və onlarla insanın xəsarət alması ilə nəticələnən ağır yol qəzası bizi dərindən kədərləndirib.

Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların hamısına tezliklə və tam sağalmalarını arzulayırıq.

Bu ağır gündə Birləşmiş Ərəb Əmirlikləri ilə həmrəy olduğumuzu bildiririk".

Əlaqəli Xəbərlər