Deputat: Böyük Britaniya ilə strateji tərəfdaşlıq Azərbaycana yeni imkanlar açacaq
Avropa Siyasi Birliyinin doqquzuncu zirvə toplantısında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çərçivəsində bir sıra mühüm görüşlər keçirib. Görüşlərdə Azərbaycanın mövqeyi, eyni zamanda regiondakı geosiyasi və geoiqtisadi vəziyyət xüsusi müzakirə olunub.
Bu sözləri Operativ Media-ya deputat Vüqar Bayramov deyib.
O bildirib ki, Azərbaycanla Böyük Britaniya arasında strateji tərəfdaşlıq haqqında anlaşmanın imzalanması mühüm əhəmiyyət daşıyır. Praktik olaraq bu, Prezidentin səfərinin Azərbaycanla bütövlükdə Avropa İttifaqı arasında münasibətlərdə yeni mərhələnin başlanmasına töhfə verə biləcəyindən xəbər verir:
“Avropanın ən güclü dövlətlərindən biri olan Böyük Britaniya ilə strateji tərəfdaşlıq həm bu ölkədən, həm də bütövlükdə Avropadan Azərbaycana daha çox texnologiya və innovasiyanın cəlb edilməsi üçün imkanlar yaradacaq. Bu, təkcə Azərbaycanın qeyri-neft-qaz sektorunun inkişafı baxımından deyil, digər sahələrdə də yeni imkanlar deməkdir.
Bu baxımdan, Azərbaycan Prezidentinin Avropa Siyasi Birliyinin doqquzuncu zirvə toplantısında iştirakı bir tərəfdən ölkəmizin regional və qlobal məsələlərlə bağlı mövqeyinin bir daha təqdim olunmasına, digər tərəfdən isə strateji tərəfdaşlıq münasibətlərimizin olduğu və regionda söz sahibi olan dövlətlərlə əlaqələrimizin daha da dərinləşməsinə şərait yaradacaq”.