Menyu

Maliyyə Nazirliyi 107 milyon manat vəsaiti büdcəyə bərpa edib

Operativ Media
Maliyyə Nazirliyi 107 milyon manat vəsaiti büdcəyə bərpa edib
1 dəq oxu

Bu ilin yanvar-sentyabr aylarında Maliyyə Nazirliyi 84 təşkilatda nəzarət tədbirlərini başa çatdırıb.

Operativ Media Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, nəzarət tədbirlərinin 52-si hüquq-mühafizə orqanlarından daxil olmuş qərarlar əsasında, 32-si isə plandankənar yoxlamalar əsasında aparılıb.

Doqquz ayda nəzarət tədbirləri çərçivəsində 106,9 milyon manat vəsait dövlət büdcəsinə bərpa edilib, qarşısı alınmış xərclərin məbləği isə 100,9 milyon manat olub.

Əlaqəli Xəbərlər