Menyu

Sumqayıtda istehsalat tullantılarının qəbulu sahəsində yanğın olub

Operativ Media
Sumqayıtda istehsalat tullantılarının qəbulu sahəsində yanğın olub
1 dəq oxu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Azərbaycan prospektində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Operativ Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində metal və digər istehsalat tullantılarının qəbulu sahəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Əlaqəli Xəbərlər