Sirkə turşusu içən 66 yaşlı kişi ölüb

admin
Sirkə turşusu içən 66 yaşlı kişi ölüb

Bakıda 66 yaşlı kişi zəhərlənərək ölüb.

"Operativ Media" xəbər verir ki, Yasamal rayon sakini, 1956-cı il təvəllüdlü Vaqif Həbibov yaşadığı evdə sirkə turşusu içib.

Zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən kişi orada ölüb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər