Menyu

Teatrlarda hansı yeni struktur bölmələri yaradılıb?

Şəfa Hüseynli
Teatrlarda hansı yeni struktur bölmələri yaradılıb?

Azərbaycanda dövlət teatrlarının idarəetmə sistemində əsaslı islahatlara başlanılıb. Bu islahatlar çərçivəsində teatrların əsasnamələri, idarəetmə strukturları və ştat cədvəlləri yenilənib və müasir idarəetmə prinsiplərinə uyğunlaşdırılıb.

Operativ Media-ya bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Yenilənmiş strukturda teatrların fəaliyyətinin daha sistemli təşkili üçün strategiya və kommunikasiya şöbəsi, yaradıcı şöbə, artist heyətinin idarəedilməsi və digər funksional bölmələr yaradılıb.

Bildirilib ki, bu bölmələr teatrın həm yaradıcılıq, həm də təşkilati fəaliyyətinin daha effektiv idarə olunmasına xidmət edir.

Bundan əlavə, hazırda teatrların bədii rəhbər vəzifələrində çalışan şəxslər yeni struktur çərçivəsində fəaliyyətlərini davam etdirə bilərlər. Onlar teatr direktorlarının təqdimatı və təsdiqi ilə quruluşçu rejissor, yaradıcı şöbə müdiri və ya digər müvafiq vəzifələrə təyin oluna bilərlər.

Əlaqəli Xəbərlər