Menyu

Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb

Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb

Lənkəranda piyada ölümü ilə nəticələnən yol qəza hadisəsi baş verib.

"Operativ Media" xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində qeydə alınıb.

"Mersedes Benz" markalı minik avtomobili Astara istiqamətində hərəkətdə olarkən, idarəetməni itirərək piyada 1969-cu il təvəllüdlü Rəvanə İsrafil qızı Bayayevanı vurub.

Sonra avtomobil yaxınlıqdakı elektrik dirəyinə çırpılaraq dayanıb.

Piyada hadisə yerindəcə dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

Hadisəni törədən sürücü saxlanılıb. Faktla bağlı Lənkəran rayon polis şöbəsində araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər